İslam İnqilabının Böyük Rəhbəri: Problemlərin həll yolu, daxili istehsalın gücləndirilməsidir
May 27, 2015 17:27 Asia/Baku
-
Ayətullahuluzma Xamenei
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Nüvə məsələsi üçün həll yolları mövcuddur ki, onların hamısı daxili imkanlara söykənmə və istehsalın gücləndirilməsindən ibarətdir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İslam Şurası Məclisinin sədri və üzvləri ilə görüşdə nüvə məsələsinə toxunaraq, deyiblər: Bizim nüvə məsələlərindəki mövqeyimiz məhz açıq şəkildə xalq üçün bəyan etdiyimiz mətləblərdir və həmin mətləblər şifahi və yazılı surətdə rəsmilər tərəfindən də deyilibdir.O həzrət iranlı rəsmilər və müzakirəçilərin ciddi-cəhddə olduqlarını bildirərək, əlavə ediblər: Onlar elan olunmuş mövqelərə israr etməlidirlər və ümidvarıq ki, ölkə və quruluşun məsləhərini təmin edə biləcəklər.
Həzrət Ayətullahuluzma Xamenei sonra deyiblər: İranın, nüvə məsələsindən başqa, Amerika, Qərb və sionizmlə olan məsələləri çərçivəsində insan haqları kimi məsələlər də nəzərdə tutulur, amma əgər daxili qabiliyyət üzərində təmərküzləşmə aparılar və problemlər həll olunarsa, bu məsələlərin həlli də asan olacaqdır.
O həzrət həmçinin məclisin digər qüvvələr, xüsusən dövlətlə anlaşmasını vurğulayaraq, deyiblər: İranın iqtisadi problemləri, həmçinin nüvə məsələsinin həllinin açarı daxili imkanlara söykənmə və müqavimət iqtisadiyyatına inamdır. Ölkədə çıxılmazlıq yoxdur və problemlərin həll yolu, daxili istehsalın gücləndirilməsi və maliyyə inzibatına riayətdir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Dövlət qüvvələrlə digər orqanlar arasında vasitəçilik məsuliyyətinə malikdir və onun uğurlu fəaliyyəti digər orqanların hərəkətində təsirli olacaq. Buna görə, dövlətlə anlaşma lazımdır və bu, həmrəylik və yekdilliyin əsl təzahürüdür.
İslam İnqilabının Böyük Rəhbəri anlaşmanın zərurətlərindən birini, xoşməramlılıq adlandıraraq, belə qeyd ediblər: Anlaşma şübhə ilə və bünövrəni saziş, xəyanət və qarşı tərəfin sui-istifadəsi əsasında qurmaqla meydana gəlməyəcək. Bir də xoşməramlılıq sadəlövhlük və aldanmaq demək deyil.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin vurğulayıblar: Əgər məclis daim İslam Respublikası Quruluşunun prinsipial mövqeyinə israr edərsə, hegemonçuluq sisteminin hövlnak uçurumuna doğru yuvarlanmaq təhlükəsi mövcud olmayacaq, yox əgər, Allah eləməmiş, belə bir müqavimət mövcud olmazsa, xətərlər çoxalacaqdır.