Rusiya İrandan sud və ət məhsullarının idxalına icazə verdi
https://azeri.sahartv.ir/news/İran-i194274-rusiya_İrandan_sud_və_ət_məhsullarının_idxalına_icazə_verdi
İranın Rusiyadakı səfiri Rusiya Federasiyasının süd və ət məhsullarının idxalına dair 6 İran şirkətinə icazə verdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2015 04:08 Asia/Baku
  • İranın Rusiyadakı səfiri  Mehdi Sənayi
    İranın Rusiyadakı səfiri Mehdi Sənayi

İranın Rusiyadakı səfiri Rusiya Federasiyasının süd və ət məhsullarının idxalına dair 6 İran şirkətinə icazə verdiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mehdi Sənayi çərşənbə günü deyib: İlk dəfə olaraq ötən bir il ərzində baş tutan müzakirələrin ardınca, Rusiya ərzaq məhsullarının istehsalçısı olan İranın 6 topdan satış şirkətinə süd və ət məhsulları idxal etmələrinə icazə verib.
Sənayi əlavə edib: Öz məhsullarının Rusiyaya ixrac etmək üçün icazə alan 2 toyuqçuluq və 4 süd məhsulları istehsalçısı şikətidir.
İranın Moskvadakı səfiri həmçinin bildirib: Digər İran şirkətlərinə də nöqsanlar aradan qaldırıldıqdan sonra icazənin verilməsi mərhələləri həyata keçiriləcək.
Qeyd edək ki, bu ilin əvvəllərində də 18 İran şirkətinə Rusiyaya balıq məhsulları ixrac etmək icazəsi verilmişdi.
Rusiya prezidenti Vladimir Putin ötən ilin avqust ayından Qərbin sanksiyalarına reaksiya olaraq sanksiya edən ölkəlkərdən kənd təsərrüfatı və süd məhsullarının idxalını qadağan edib.