Əmir Abdullahian: Suriyada ayrıcı və uçuşa qadağa zona öncəki yanlışlıqların təkrarıdır
May 28, 2015 14:05 Asia/Baku
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Suriya böhranının yalnız diplomatik həll yolu olduğunu bildirərək deyib: Ayrıcı və uçuşa qadağa zonasının yaradılmasından danışmaq öncəki yanlışlıqların təkrarıdır.
Səhər Beynəlxalq Televiziyasının Məşriq internet portalına istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian Küveytdə keçirilən İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin şurasının 42-ci iclasının kənarında Suriya böhranı barədə deyib: Suriyanın yalnız siyasi həll yolu vardır.Şübhəsiz belə düşüncələrin regionun təhlükəsizlik və stabilliyə kömək etmədiyini bəyan edən Əmir Abdullahian söyləyib: Suriyada siyasi həll yolunun gerçəkləşməsi üçün bu ölkə qonşularının sərhədlərinə nəzarətin olunması və terrorçulara keçmək və yaxud keçidini sadələşdirməyə icazənin verilməməsi vacib məsələdir.
İran xarici işlər nazirinin müavini bildirib: Suriya, Yəmən və İraq kimi region ölkələrində terrorizmdən vasitə olaraq istifadənin olunması yanlışlığı dərhal dayandırılmazsa, terrorçuların növbəti hədəfi onların bugünkü hamiləri olacaq və regionumuzun təhlükəsizliyi və stabilliyi daha artıq təsir altında qalacaqdır.
Yəmənə qarşı hücumların davam etməsini tənqid atəşinə tutan Əmir Abdullahian əlavə edib: Ərəb ölkəsinin ərəb ölkəsinə və islam ölkəsinə hücumu, islam tarixi, mədəniyyəti və sivilizasiyasına malik ölkəyə hücumu və müdafiəsiz insanlara hücumu regiondakı digər yanlış strategiyadır.