May 29, 2015 12:16 Asia/Baku
  • İranın Xİ naziri və müavinləri Cenevrədə nüvə müzakirələrini davam etdirirlər
    İranın Xİ naziri və müavinləri Cenevrədə nüvə müzakirələrini davam etdirirlər

İran İslam Respublikası xarici işlər nazirinin müavinləri İranın xarici işlər nazirinə qoşulmaq və ABŞ-ın nümayəndə heyəti ilə görüşüb, danışıqlar aparmaq məqsədilə Vyananı Cenevrə istiqamətində tərk ediblər.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, İranın xarici işlər nazirinin müavinləri Abbas İraqçı və Məcid Təxt Rəvançi cümə günü səhər Vyanadan Cenevrəyə səfər ediblər. Onlar Cenevrədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə birlikdə Amerikanın nümayəndə heyəti ilə müzakirələrə qatılmalıdırlar.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü ABŞ dövlət katibi Con Kerri ilə görüşüb, yekun nüvə anlaşması sənədinin yazılması ilə bağlı müzakirələrin gedişi və müzakirələrin perspektivi ilə bağlı danışıqlar aparmalıdır.
ABŞ-ın Energetika Nazirliyi isə bildirib ki, Amerikanın energetika naziri Ernest Muniz də Cenevrə müzakirələrində iştirak edəcək. Buna baxmayaraq, İran və 5+1 qrupunun texniki və hüquqi ekspert qrupları Vyanada müzakirələrini davam etdirəcəklər.
Bundan öncə Vyanada yekun nüvə sənədinin ilkin mətninin yazılması ilə bağlı müzakirələrin 5-ci turunun cümə gününə qədər davam edəcəyi bildirilmişdi. Lakin, beləliklə müzakirələr həftənin əvvəlində və cenevrədə davam etdiriləcək. Müzakirələrin öncəki 4 turu İranın xarici işlər nazirinin müavinləri tərəfindən həyata keçirilib. Müzakirələrin bir turu Nyu-Yorkda, 3 turu isə Vyanada keçirilib.

Teqlər