İraqçı 3 günlük Vyana müzakirələrini şərh etdi
May 29, 2015 14:10 Asia/Baku
İranın baş nüvə müzakirəçisi yekun anlaşma sənədinin ilkin mətninin hazırlanması və BMT TŞ-nin qəbul etməli olduğu qətnamə ilə bağlı danışıqların aparılmasını 3 günlük Vyana müzakirələrinin əsas mövzusu adlandırıb.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İranın baş nüvə müzakirəçisi Abbas İraqçı Vyanada cərəyan edən müzakirələrin başa çatmasının ardınca İRİB müxbiri ilə müsahibədə deyib: Həm ekspertlər həm də müavinlər səviyyəsində müzakirələrimiz oldu və tərəflər tədricən yekun anlaşma sənədinin ilkin mətnini təkmilləşdirmək ərəfəsindədirlər.Abbas İraqçı hələ də yekun anlaşma sənədinin ilkin mətninin hazırlanması ilə bağlı ixtilafların olduğunu vurğulayaraq, deyib: İranın nöqteyi nəzərində o anlaşma yaxşıdır ki, İran xalqının tələblərini təmin etmiş olsun və əgər bu yaxşı anlaşma əldə olunarsa, müzakirələr başa çatmış olacaq. Əks halda müzakirələr belə bir anlaşmanın əldə olunacağı zamana kimi davam edəcək. İranın baş nüvə müzakirəçisi sanksiyaların ləğv edilməsi və İranın öz öhdəliklərinə əməl etməsi üzrə zaman cədvəlinin paralel şəkildə və eyni zamanda baş tutması məsələsinə gəlincə deyib: Hələ ki, barəsində anlaşmanın əldə olunmadığı ixtilaflı məsələlərdən biri hər iki tərəfin üzərinə düşən öhdəlikləri eyni zamanda icra etməsi məsələsidir. Əgər bu xüsusda anlaşma əldə olunarsa, şübhəsiz 5+1 qrupu sanksiyaların ləğv edilməsi istiqamətində bir sıra işlər görməli olacaq. Eyni zamanda, İran da paralel olaraq bir sıra addımlar atacaq.
İranın xarici işlər nazirinin müavini İranın Qərb tərəfinə şəxslər və təsisatlara baxış keçirmək icazəsi verməməsi barədə də deyib: Bu təklifi 5+1 qrupu nüvə işinin həlli üzrə bir növ həll yolu olaraq təklif etmişdi. Amma, Tehran tərəfindən tam qətiyyətlə rədd edildi.
İranın baş nüvə müzakirəçisi əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin də vurğuladıqları kimi müsahibə almaq üçün şəxslərə müraciət etmək və hərbi mərkəzlərdə təftiş etmək üçün icazənin verilməməsi İranın qətiyyətli mövqeyi sayılır və qarşı tərəfə də tam aydın formada bəyan edilib.