Tehran əhalisi ABŞ-ın tamahkarlıqlarına yox dedi
May 29, 2015 18:01 Asia/Baku
Tehran əhalisi bu gün cümə namazının ardınca ABŞ-ın nüvə müzakirələrindəki tamahkarlıqları əleyhinə aksiya keçirib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Tehran əhalisi bu gün cümə namazında iştirak etdikdən sonra yürüş təşkil edərək, 5+1 qrupu ilə müzakirələrdə İranın nüvu haqqının qorunmasına təkid edib.Yürüş iştirakçıları ABŞ və müttəfiqlərinin iqtisadi və siyasi təzyiqlərinə təslim olmayacaqlarını vurğulayıb və deyiblər: Pis anlaşmanı İran xalqının izzəti ilə təzadda hesab edirik.
Tehran əhalisi həmçinin, ABŞ-ın nüvə müzakirələrində tamahkarlığa son qoymasını istəyiblər.