Ruhani: İran xalqı sülhsevər xalqdır
https://azeri.sahartv.ir/news/İran-i194343-ruhani_İran_xalqı_sülhsevər_xalqdır
İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Tehranda İran üzrə şəhər və vilayətlərin icra başçıları ilə görüşdə deyib: İran xalqı sülhsevər xalqdır və dünya ilə konstruktiv anlaşmanın tərəfdarıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 13:28 Asia/Baku
  • Ruhani: İran xalqı sülhsevər xalqdır
    Ruhani: İran xalqı sülhsevər xalqdır

İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Tehranda İran üzrə şəhər və vilayətlərin icra başçıları ilə görüşdə deyib: İran xalqı sülhsevər xalqdır və dünya ilə konstruktiv anlaşmanın tərəfdarıdır.

İran İslam Respublikası Prezident Aparatının İnformasiya Xidmətindən verilən məlumata görə, Həsən Ruhani deyib: Ölkə daxilində vəhdətin qorunması yolu ilə İran və regionda davamlı təhlükəsizliyə nail olmaq lazımdır.
İran İslam Respublikası prezidenti söhbətinin davamında bəzilərinin nüvə müzakirələrinin irəliyə doğru hərəkət etməsindən narahat olmalarından təəssüfləndiyini bildirib.
İran İslam Respublikası prezidenti bir daha siyasi, hüquqi, ədliyyə və texniki baxımdan bütün məsuliyyətləri öz üzərlərinə götürən nüvə müzakirəçilərini himayə edərək, deyib: Bədxahların iddialarının əksinə olaraq, İranın nüvə fəaliyyətləri sülhsevərdir və İranda nüvə texnologiyası adı altında əldə olunacaq nailiyyət İran xalqı və bütün region xalqlarının xeyrinə olacaq və heç bir tərəfin zərərinə olmayacaq.
Prezident həmçinin deyib: İran xalqı böyük qüdrətlər ilə müzakirə masası arxasında əyləşəcək və öz haqqını müdafiə edə biləcək qədər güclüdür.