Rza Nəcəfi: Amanonun İranla bağlı son hesabatı heç bir yeniliyə malik deyil
May 30, 2015 19:37 Asia/Baku
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi agentliyin baş direktoru Yokio Amanonun İranla bağlı son hesabatını təkrar xarakterli adlandırıb.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İranın AEBA-dakı nümayəndəsi Rza Nəcəfi agentliyin baş direktorunun İranla bağlı yeni hesabatının yayımlanmasının ardınca deyib: Amanonun yeni hesabatını öncəki hesabat ilə müqayisə etdikdə aydın olur ki, hesabata heç bir yeni fikir əlavə olunmayıb.R.Nəcəfi əlavə edib: Yokio Amanonun yeni hesabatı İranın nüvə fəaliyyətlərinin agentliyin nəzarəti altında olduğunu və heç bir yayınma halının olmadığını sübut edir.
İranın AEBA-dakı nümayəndəsi həmçinin deyib: Təəssüflər olsun ki, hesabatda bir daha İranın nüvə fəaliyyətləri ilə bağlı detallar tam dəqiqliyi ilə qeyd olunub. Belə ki, texniki məsələlər, qeyri zəruri məlumatlar o cümlədən məkan adları, sentrifuqaların sayı, onların növləri, zənginləşdirilmiş uranın miqdarı, istehsal olunmuş yanacaq vərəqələrinin sayı, zənginləşdirilməmiş uranın miqdarı, həyata keçirilmiş baxışların sayı, analiz üçün götürülən nümunələr və analizlərin nəticələri barədə məlumatlar da hesabatda öz əksini tapıb.
R.Nəcəfi "PMD" ilə bağlı öncəki ittihamların yenidən təkrarlanmasını hesabatın bu hissəsinin öz mahiyyətindən kənara çıxması anlamında izah edib və deyib: öncəki hesabatlarda yer alan məsələlərin təkrar edilməsindən başqa yeni bir məsələyə rast gəlinmir. Dəyişən sadəcə statistik rəqəmlərdir.