İyun 01, 2015 08:10 Asia/Baku
  • Hüseyn Əmir Abdullahian
    Hüseyn Əmir Abdullahian

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Ərəbistan xarici işlər nazirinin ittihamlarına reaksiyada deyib: İran İslam Respublikasının regiondakı rolu tamamilə konstruktivdir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Hüseyn Əmir Abdullahian verdiyi müsahibədə əlavə edib: İran, İraq, Yəmən və Fars körfəzinin ətrafında yerləşən ölkələrin təhlükəsizliyi bir-birinə bağlıdır.
Ərəbistan xarici işlər naziri misirli həmkarı ilə müştərək mətbuat konfransında bildirmişdi ki, İran Yəmən, Suriya, İraq və Livanda müdaxilə edir və bu, ərəb ölkələri tərəfindən qəbulediləsi deyildir.
Əmir Abdullahian Ərəbistan xarici işlər nazirinin bu ittihamlarına reaksiyada bildirib: Tehran terrorizmə dəstək verən, ondan vasitə olaraq istifadə edən və regionun təhlükəsizliyi ilə oynayan bəzi tərəflərin əksinə olaraq İraq, Suriya, Livan, Yəmən və terror hədələri ilə üzləşən ölkələri ciddi şəkildə dəstəkləyir.
Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr həmçinin misirli həmkarı ilə müştərək mətbuat konfransında bildirib ki, biz İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. Lakin bu, Tehranın ərəb ölkələrində müdaxilədən əl çəkməsi və terrorizmi dəstəkləməyə son qoyması ilə şərtlidir. Hər bir şey İrana bağlıdır.
İran xarici işlər nazirinin müavini bu ittihama reaksiyada Ərəbistanın regionda konstruktiv rolu oynaması şərti ilə Ər-Riyadla yaxşı münasibətləri müsbət qarşılayaraq əlavə edib: Ərəbistan düzgün və ölçülmüş siyasətlər seçməklə bölgədə müharibənin genişlənməsi, terrorizmin güclənməsi və de-stabilliyin şiddətlənməsinə mane olsun.

Teqlər