İyun 03, 2015 11:01 Asia/Baku
  • Həmidrza İraqi - İran Milli Qaz Şirkətinin sərəncamçı müdiri
    Həmidrza İraqi - İran Milli Qaz Şirkətinin sərəncamçı müdiri

İran və Fransa qaz sənayesində iki ölkə əməkdaşlıqlarının genişləndirilməsi yollarını araşdırırlar.

Ümumdünya Qaz Konfransında iştirak üçün Fransada səfərdə olan İran Milli Qaz Şirkətinin sərəncamçı müdiri Həmidrza İraqi neft-enerji informasiya Mərkəzi- ŞANA-ya deyib: Bu gün həmkarlıqların genişləndirilməsi barədə Fransanın sənaye müdirləri, ekspertləri və investorlarından bir qrupu ilə müzakirə aparılacaq.
İraqi İranın Beynəlxalq Qaz Konfransında iştirak tərzi barədə deyib: İran məqalə təqdimi və komitələrdə iştirak baxımından fəaldır və heç bir şirkət İran Milli Qaz Şirkəti kimi qaz istehlakçılarının iqlim müxtəlifliyi, infrastruktur və şəbəkə həcmi, eləcə də əhatə dairəsində olan əhali özəlliklərinə malik deyil və bu xüsusiyyət İranın qaz sahəsində özünəməxsus təcrübələrə malik olmasına səbəb olub.
Ümumdünya Qaz Konfransı dünyanın qaz sənayesi faəllarının ən böyük və ən məşhur toplantısı olaraq, üç ildən bir, yüzdən yuxarı ölkədən olan təqribən 4000 nəfəri bir araya gətirir.

Teqlər