"İmam Xomeyni(r.ə)-in təfəkküründə zorakılıq olmayan dünya" konfransı
İyun 03, 2015 16:36 Asia/Baku
Müxtəlif ölkələrdən olan 400-dən yuxarı siyasi, mədəni və elmi şəxsiyyətin iştirakı ilə "İmam Xomeyni(r.ə)-in təfəkküründə zorakılıq olmayan dünya" konfransı keçirilib.
Bu konfrans İslam İnqilabının Dahi Rəhbərinin zorakılıq olmayan dünyaya təkid və xarici siyasətdə onun yüksək təfəkkürlərinin bəyanı məqsədi ilə Həzrət İmam Xomeyni(r.ə)-in anım mərasiminin xarici qərargahı, İmam(r.ə)-in Əsərlərinin Tənzimi və Nəşri Müəssisəsi və Milli Kitabxanın təşəbbüsü ilə keçirilib.İİR Quruluşunun Məsləhət Şurasınn sədri Ayətullah Haşimi-Rəfsəncani bu konfransda konfransın keçirilməsi məsələsinə toxunaraq, deyib: Zorakılıq olmayan cəmiyyət və dünya aqil və mütəfəkkir insana layiq bir məsələdir, amma təəssüflə, elə bir zamanda danışırıq ki, İslam Dünyası hazırda dünyanın ən zorakı məntəqəsi olubdur və Quranın nurlu maarifinə və "Möminlər qardaşdırlar" hədisinə ziddir və bu hədis sanki unudulubdur.
O, sonra deyib: İmam(r.ə)-in işləyib hazırladığı və sonadək sadiq qaldığı inqilab zorakı proqrama malik deyildi və o həzrətin davamçıları da bu cür idilər və o həzrət heç vaxt inqilabdan qabaq və sonrakı mübarizələr boyu kobud hərəkətlərə icazə vervmirdi.