İraqçı: Qarşıda çətin iş durur
İyun 04, 2015 14:11 Asia/Baku
İranın nüvə müzakirə komandasının baş üzvü deyib ki, yekun mətn barədə bir çox irəliləyişin əldə olunmasına rəğmən, hələ də qarşıda çətin iş durur.
Səhər kanalının məlumatına görə, nüvə müzakirələrini bərpa etmək üçün bu gün Vyanaya daxil olmuş İranın nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçı deyib ki, müzakirələrin bu mərhələsində nüvə razılaşması mətninin yazılışı barədəki öncəki danışıqlar davam etdirilir.İraqçı əlavə edib ki, nüvə məsələsi və sanksiyalar mövzusu kimi öncəki danışıqlardakı müzakirə mövzuları izləniləcək.
İran xarici işlər nazirinin müavini həmçinin Rusiya nümayəndəsinin əhatəli nüvə razılaşması mətninin tənziminin başa çatmaqda olmasına dair sözləri haqda da deyib ki, yekun mətni barədə bir çox irəliləyişlər olmuşdu, lakin onun əlavələri barədə hələlik irəliləyişlər qənaətbəxş həddə deyil.