İnqilab Rəhbəri: Həm şiə, həm də sünni, düşmənə aldanmayın
İyun 04, 2015 19:41 Asia/Baku
Dünya müsəlmanlarının vəliyyi əmri Həzrət Ayətullahuluzma Xamenei İmam Xomeyni(r.ə)-in göylərə qovuşmasının 26-cı ildönümü mərasimində etdikləri çıxışda İmam Zaman(əc)-in mübarək mövludunu əziz tutub, inqilabın dahi banisinin xatirəsini yad edərək, məzhəbi və etnik təfriqəsalmanı düşmənin islami cəmiyyətlərdəki qəti siyasətlərindən adlandırıb və vurğulayıblar ki, nə şiə, nə də sünni düşmənə aldanmasın.
İslam İnqilabının Böyük Rəhbəri, İmam Xomeyni(r.ə)-in göylərə qovuşmasının 26-cı ildönümü mərasimində etdikləri çıxışlarının əvvəlində 15 şəban, Həzrət Vəliyyi Əsr(əc)-in mövludunun ildönümünə toxunaraq, dünyanın sonunda xilaskar məsələsinin bütün İbrahimi dinlərin ortaq qənaəti olduğunu bildirib və belə əlavə ediblər: Bütün islami məzhəblər bu xilaskarı sonuncu peyğəmbərin övladlarından və Mehdi(əc) adı ilə tanıyırlar ki, bu arada şiələr qəti bir dəlillə Həzrət Vəliyyi Əsr(əc)-i konkret və müəyyən özəlliklərlə 11-ci imamın övladı bilir və onu təqdim və isbat edirlər.İnqilab Rəhbəri sonra İmam(r.ə)-in böyük fiqhi, irfani və fəlsəfi cəhətlərinə işarə edərək, o həzrətin əsas şəxsiyyətini Quran ayələrinin məzmununun reallaşması biliblər ki, Allah yolunun əsl mübarizlərinin vəsfində vurğulayırlar və onlar cihadın bu real haqq yolunu həyata keçiriblər.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İran xalqının böyük İmamı, “Bu diyarın tarixi və İslam Dünyası”nda misilsiz dəyişikliyin yaradılması yolunda, çürümüş və yanlış monarxiya rejimini devirdi və İslamın hakmiyyəti dövründən sonra İslama söykənən ilk hökuməti formalaşdıraraq, var gücü ilə Allah yolunda cihad haqqını yerinə yetirdi.
İnqilab Rəhbəri sonra böyük İmam(r.ə)-in təfəkkür məktəbinin yeddili prinsiplərini bəyan edərək, deyiblər: “Əsl Məhəmməd(s.ə.s.) İslamının isbatı və amerikan İslamın rədd olunması”, bu prinsiplərdən biridir və İmam(r.ə.) daim əsl Məhəmməd(s.ə.s.) İslamını amerikan İslamın qarşısında qoyurdu..
İslam İnqilabının Böyük Rəhbəri amerikan İslamın mahiyyətinin bəyanında onun iki qoluna, yəni “sekular İslam” və “irticaçı İslam”a işarə edib və amerikan İslamın hər iki qolunun daim dünya zorakıları və Amerika tərəfindən dəstəkləndiyini vurğulayaraq, söyləyiblər: Bu gün də yayınmış İŞİD, Əlqaidə, həmçinin zahirdə islami, əslində isə fiqh və islami şəriətə biganə olan cərəyanlar Amerika və İsrail tərəfindən himayə olunurlar.
Həzrət Ayətullahuluzma Xamenei, İmam(r.ə)-in sözün əsl mənasında, ictimai ədalət tərəfdarı olduğunu vurğulayıb, bu məsələni imamın bəyanatlarında çox təkrarlanan mətləblərdən və o həzrətin qəti və aydın xətlərindən biri olduğunu bilərək, deyiblər: İmam(r.ə.) bir tərəfdən, yoxsulluğun kökünün kəsilməsini vurğulayar, digər tərəfdən də məsul şəxslərə saray həyatı və təmtəraqlılıq barədə xəbərdarlıq edərdi.
Həzrət Ayətullahuluzma Xamenei İmam(r.ə)-in zalımlarla barışmaz olduğunu vurğulayaraq, Amerika üçün “böyük şeytan” terminini İmam(r.ə.) tərəfindən qəribə bir ixtira adlandırıb və belə qeyd ediblər: “Böyük şeytan”in təbirinin mərifət və elmi cəhətləri olduqca çoxdur, zira bir kəsə şeytan ləqəbi verilərkən rəftar, davranış və emosiyalar onun “şeytani xüsusiyyəti”ndə olmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri, İmam(r.ə)-in bu məntiqi çərçivəsində, region və dünyanın bugünkü hadisələrini təhlil etməyin mümkün olduğunu vurğulayaraq, əlavə ediblər: Biz bu gün İraq və Suriyada İŞİD-in vəhşicəsinə və zalımcasına rəftarları ilə müxalif olduğumuz qədər Amerika federal polisinin bu ölkə daxilindəki zalımcasına rəftarı ilə də müxalifik və hər iki rəftarı eyni bilirik.
Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: Biz Qəzzənin məzlum əhalisinin zalımcasına mühasirəsi ilə müxalif olduğumuz qədər Yəmənin sığınacaqsız xalqının bombardman edilməsi ilə də müxalifik; Bəhreyn xalqına qarşı sərtliklə müxalif olduğumuz qədər Amerikanın pilotsuz təyyarələrinin Əfqanıstan və Pakistan xalqlarına qarşı hücumları ilə də müxalifik.
İnqilab Rəhbəri “Biz İmam(r.ə)-in açıq məntiqi çərçivəsində məzluma tərəfdar və zalımla müxalifik” deyərək, belə qeyd ediblər: Elə buna görədir ki, Fələstin məsələsi İran İslam Respublikası üçün əsas bir məsələdir və heç zaman Quruluşun gündəmindən çıxmayacaqdır.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Ola bilər, Fələstin səhnəsində bəziləri öz vəzifəsinə əməl etməsin, amma bizim təsdiq etdiyimiz məsələ, xalq və fələstinli mübarizlərdir.
İnqilab Rəhbəri məzhəbi və etnik təfriqəsalmanı düşmənin qəti siyasətlərindən adlandırıb və bildiriblər: Bu fitnənin qarşısında İslam Respublikasının baxışı, “ümmətyaradan” baxış və İslam Ümmətinin reallaşması istiqamətindədir və İran bu əsasda şiə Hizbullah qardaşlarla malik olduğu əlaqələr kimi, sünni məzhəbli fələstinli qardaşlarla da əlaqələrə malik olubdur.
Həzrət Ayətullahuluzma Xamenei Amerikanın ikinci dərəcəli amilləri tərəfindən “şiə hilalı” planı, həmçinin Amerikanın İraq və Suriyada İŞİD kimi terror cərəyanlarına kömək etməsini zalım qüvvələrin məzhəbi təfriqəsalma siyasətinin faktlarından adlandırıb və belə söyləyiblər: Hamı, həm sünni, həm də şiə diqqət yetirməlidir ki, düşmənin oyununa uymasın.
İnqilab Rəhbəri vurğulayıblar: Həm Amerikanın himayə olunduğu sünni, həm də Londondan dünyaya ixrac edilən şiə- onların hər ikisi şeytanın qardaşı və zalım qüvvələr və Qərbin amilidir.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanatından öncə höccətülislam Seyid Həsən Xomeyni bir çıxışda İslam İnqilabının Dahi Banisinin zəvvarlarını salamlayaraq, İraq, Suriya, Yəmən və Bəhreyn hadisələrinə toxunub və mürtəcelərin regionu çaxnaşmaya saldıqlarını bildirərək, belə qeyd edib: İslami cəmiyyət acınacaqlı hadisələrə qərq olub və onun səbəbkarları, İslama qarşı kin-küdurətə malik kəslərdirlər.