İyun 05, 2015 08:32 Asia/Baku
  • Rəhmani Fəzli radikallıqla mübarizəni vurğuladı
    Rəhmani Fəzli radikallıqla mübarizəni vurğuladı

İranın daxili işlər naziri yayınmış firqələr və radikallığın sətrliyi ilə beynəlxalq hərtərəfli və ciddi mübarizənin aparılmasını vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli cümə axşamı günü Tacikistan paytaxtı Düşənbəyə daxil olduğu zaman ümidvarlıq edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri öz əməkdaşlıqlarını əsasən də regional təhlükəsizlik sahəsində genişləndirəcək və islam adı altında ifratçılıq və zorakılığı genişləndirən azğın firqələrlə ciddi şəkildə mübarizə aparacaqlar.
İranın daxili işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin iclasında iştirak etmək üçün yüksək səviyyəli heyətin müşayiəti ilə Tacikistan paytaxtı Düşənbəyə daxil olub və Tacikistan daxili işlər naziri Ramazan Rəhimzadhəm tərəfindən qarşılanıb.
Rəhmani Fəzli Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin iclasında Tehranın müxtəlif məsələlər, xüsusilə də regional və beynəlxalq səviyyədə terrorizm, ifratçılıq, separatçılıq və kibernetik cinayətlərlə mübarizə sahəsindəki mövqelərini bəyan edəcək.
Şanxay Əməkdaşlıq Təşkilatı dövlətlərarası bir təşkilatdır. Bu təşkilat 2001-ci ildə təhlükəsizlik, iqtisadi və mədəniyyət sahəsində neçətərəfli əməkdaşlıq üçün Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları tərfindən təsis edildi.

Teqlər