İyun 05, 2015 17:00 Asia/Baku
  • İslam quruluşunun mənəvi olması onu digər quruluşlardan fərqləndirir
    İslam quruluşunun mənəvi olması onu digər quruluşlardan fərqləndirir

Tehranın cümə namazı xitabətçisi deyib: İslam quruluşunun mənəvi olması onu digər quruluşlardan fərqləndirir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Məhəmməd İmami Kaşani islam quruluşunun əhəmiyyəti və yeri və onun dünyanın digər quruluşları ilə fərqli olmasına toxunaraq bildirib: İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) əməli həyat tərzi o qədər qiymətlidir ki, gənc nəsil və ictimaiyyət ona diqqət yetirməlidir.
Ayətullah İmami Kaşani həmçinin İmam Xomeyninin (rə) əcnəbilərlə davranışı, islam dünyası, müsəlmanların vəhdəti, iqtisadiyyat, insanların həyat tərzi, düşmənin tanınması kimi məsələlər barədəki mövqeyini o həzrətin əməli həyatının bariz nümunələrindən adlandırıb və deyib: İmam Xomeyninin (rə) əməli həyat tərzi heç vaxt təhrif ediləsi deyildir.
Tehranın bu həftəki cümə namazı xətibi əlavə edib: İmam Xomeyninin (rə) rihlətindən sonra İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası üçün bir nemət idi və onun rəhbərliyi islam quruluşu və islam cəmiyyəti üçün çox önəmlidir. Çünki o həzrət də İmam Xomeyninin (rə) yolunda gedirlər.
Ayətullah İmami Kaşani islam quruluşunda Vilayət Fəqihin yerinin əhəmiyyətini vurğulayaraq bildirib: Bu məsələni sual altına almaq istəyənlər islam quruluşunun düşmənləridirlər.
Tehranın müvəqqəti imam cüməsi həmçinin İranın nüvə məsələsinin həlli və xalqın bu sahədəki hüququnun qorunmasına ümidvarlıq edərək İran xalqının hüququnun təmin olunması üçün müzakirə komandasının sayıqlığını vurğulayıb.

Teqlər