Laricani: Amerikalıların müzakirələr barədəki son açıqlamaları təbliğat şousudur
İyun 07, 2015 10:16 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ rəsmilərinin İranın nüvə proqramı barədəki müzakirələr haqda açıqlamaları təbliğat xarakterlidir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü ərəbdilli əl-Vifaq qəzetinə müsahibədə deyib: Amerika rəsmilərinin İran və 5+1 Qrupu arasındakı nüvə müzakirələri barədəki son mövqeləri təbliğat xarakterlidir və daxili məsələləri həll etmək və ölkələrindəki ifratçı sionist lobbilərin hücumuna mane olmaq üçündür.Laricani bildirib: Amerika nüvə müzakirələrində mənfi təsirə atmosfer yaratmağı izləyəcək. Lakin İran bu atmosferi tam tanıyaraq müzakirələrdə məntiqi əsas götürüb.
İran parlamentinin sədri həmçinin Yəmən prosesləri və İran İslam Respublikasının yardımlarının bu ölkəyə göndərilməsinə maneənin yaradılması barədə deyib: Yəmən xalqının mühasirəsi Səudiyyə Ərəbistanı üçün tarixdə bədnamlıqdan başqa bir şey qoymayacaq.
Laricani heç kimin xalqın iradəsi qarşısında dayanmaq qüdrətinə malik olmadığını bildirərək əlavə edib: Ərəbistanın Yəmənə hücumu səudiyyəlilərin region məsələlərini yanlış dəyərləndirmələrindən qaynaqlanıb. Çünki region xalqlarına nəzarəti tətbiq etmək olmaz.
Laricani İran İslam Respublikasının məntiqini imperializmə qarşı adlandırıb və deyib: İraq xalqına kömək onların müraciətinə cavab olaraq həyata keçirilib. Necə ki, İslami Müqavimətə kömək də sionist rejimlə mübarizəyə görədir. Çünki İranın fikrincə, regionun problemlərinin kökü sionistlər və beynəlxalq imperializmdir.
İran İslam Şurası Məclisinin sədri Amerika və sionist rejimi Yaxın Şərqdəki böhranın səbəbkarı adlandırıb və bildirib: Bəzi region ölkələri açıq-aşkar xəyanətdə sionist rejimlə mübarizə yerinə bu müharibəni islam ölkələrinin daxilinə yeridiblər.