İyun 08, 2015 12:59 Asia/Baku
  • FAO İranı mükafatlandırıb
    FAO İranı mükafatlandırıb

BMT-nin Ərzaq və Əkinçilik Təşkilatı(FAO) İrana fəxri diplom verərək, rəsmən İranın pis qidalanmaya düçar olmuş insanların sayını beş faizdən aşağıya endirməkdəki nailiyyətlərini yüksək dəyərləndirib.

Səhər kanalının məlumatına görə, FAO-nun iki ildən bir keçirilən iclasında iştirak etmək üçün İtaliyaya səfər etmiş İranın əkinçilik cihadı naziri Mahmud Höccəti fəxri diplomu bu təşkilatın baş katibi Xose Qrasiano Da Slvadan alıb.
FAO-nun yeni məlumatına görə, İran aclıq və ya pis qidalanmaya malik olan şəxslərin sayını yarıya endirmək üzrə BMT-nin minilliyin inkişafının ilk hədəfini reallaşdırmağa müvəffəq olmuş 72 ölkə arasında qərar tapıb.
Bu məlumata görə, hazırda dünyada aclıqdan əziyyət çəkən şəxslərin sayı 795 milyon nəfərə çatıbdır ki, bu rəqəm ötən on il ilə müqayisədə 216 milyon nəfərlik azalmadan xəbər verir.
129 ölkədən 72-si aclıq və ya pis qidalanmaya malik olan şəxslərin sayını yarıya endirməyə müvəffəq olaraq, minilliyin hədəflərinə nail olub.
Bəzi məntəqələr, o sıradan Afrika səhrası altındakı məntəqə pis qidalanmaya malik insanların təqribən dörddə biri ilə hələ də xəbərdarlıq vəziyyətində yaşayır.

Teqlər