Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisi Tehranda işə başladı
İyun 09, 2015 11:38 Asia/Baku
II Beynəlxalq Texnologiya və İnnovasiya sərgisi İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavinin iştirakı ilə keçirlən mərasimlə fəaliyyətə başlayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu sərgidə İran və dünyanın 15 ölkəsindən şirkətlər İT, enerji, elektronika, bio-texnologiya, aeronavtika üzrə potensiallarını və nailiyyətlərini sərgiləyirlər.Təxminən 71 daxili və Rusiya, Rumıniya, İngiltərə, İtaliya, Yunanıstan, Qazaxıstan, Azərbaycan Respublikası, Hindistan, Livan, Belçika, Fransa, Cənubi Koreya, Almaniya, Çin və Pakistandan 48 şirkət bu sərgidə təmsil olunur.
Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisi ilə yanaşı İran, Fransa, Avstriya və Cənubi Koreyadan müəllim və ziyalıların iştirakı ilə innovasiya şəbəkəsi beynəlxalq iclası keçirilir.
Bu sərgi 4 gün müddətinə Tehranın Daimi Beynəlxalq Sərgilər məkanında keçirilir.