General Purdəstan: Əgər təhdid olarsa, düşmən peşman olacaq
https://azeri.sahartv.ir/news/İran-i194656-general_purdəstan_Əgər_təhdid_olarsa_düşmən_peşman_olacaq
İran İslam Respublikası ordusunun Quru Qoşunlar komandanı deyib: Əgər İran əleyhinə təhdid olarsa, düşmən peşman olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2015 07:42 Asia/Baku
  • Əgər təhdid olarsa, düşmən peşman olacaq
    Əgər təhdid olarsa, düşmən peşman olacaq

İran İslam Respublikası ordusunun Quru Qoşunlar komandanı deyib: Əgər İran əleyhinə təhdid olarsa, düşmən peşman olacaq.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, general Əhməd Rza Purdəstan bu gün İran ordusu Quru Qoşunların medalçıları və idmançılarının mükafatlandırılması mərasimində deyib: Ön cəbhədəki silahlı qüvvələr hazırdırlar, düşmənlərin təhdidləri izlənilir və onunla mübarizə üçün münasib potensiallar nəzərdə tutulub.
İran İslam Respublikası ordusunun Quru Qoşunlar komandanı İslam Respublikası qarşısında imperialist düşmənin məğlubiyyətlərinə toxunaraq bildirib: Amerikalılar 200 min qüvvə, neçə yüz təyyarə və gəmi ilə 11 sentyabrdan sonra təkcə Əfqanıstan və İraqın işğalı üçün gəlmədilər, əsasən İslam Respublikası üçün gəldilər. Lakin İranda qüdrət parametrləri Rəhbərlikdən tutmuş həmişə səhnədə iştirak edən xalq və hərbi qüvvələrin sayıqlığı səbəb oldu ki, düşmən praktiki olaraq heç nə edə bilməsin.