İran və Altılığın 7-ci tur müzakirələri sabah Vyanada
İyun 09, 2015 14:31 Asia/Baku
Yekun Müştərək Təşəbbüs proqramının mətninin tənzimlənməsi üzrə 7-ci tur müzakirələr sabahdan Vyana şəhərində keçiriləcək.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, bu tur məsləhətləşmələrə İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidt başçılıq edəcəklər.6-cı tur müzakirələr ötən həftə cümə axşamı günü Vyanada keçirildi və 2 gün davam etdi.
Əlbəttə ekspert iclasları İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Təhlükəsizlik İdarəsinin baş direktoru Həmid Bəidinejadın rəhbərliyi ilə iclaslar 31 iyuna qədər davam edəcək.