İyun 10, 2015 11:09 Asia/Baku
  • İran-5+1 iclası başa çatıb
    İran-5+1 iclası başa çatıb

Sanksiyalar ilə bağlı mətnin nəzərdən keçirilməsi məqsədilə dünən Vyanada başlanmış İran-Altılıq ekspert iclası dörd saatdan sonra başa çatıb.

Səhər kanalının məlumatına görə, İranın ekspert heyətinə Həmid Bəidinejad başçılıq edir.
Əhatəli razılaşma mətninin yazılışı üzrə müzakirələrin yeddinci dövrü bu gün Vyananın Kuborq hoteilində başlanır. Bu iclasda İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı, eləcə də Altıqlığın nümayəndəsi kimi Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt iştirak edəcəklər.
Deyilənlərə görə, bu müzakirələr cümə gününədək davam edəcək.
Həmçinin müavinlərin müzakirələri ilə bir vaxtda, Həmid Bəidinejad və Altılığın ekspertləri də ekspert iclasları keçirəcəklər.

Teqlər