İyun 11, 2015 17:18 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri deyib: İran xalqı İslam Respublikasının nüvə müzakirə komandasına arxadır.

Səhər Beynəlxalq Televiziyasının Mehr İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İslam Şurası Məclisinin sədri Əli Laricani cümə axşamı günü İranın şimalında Sari şəhəri şəhidlərinin xatirə mərasimində İran xalqının müxtəlif sahələrdəki fəal iştirakına toxuanraq bildirib: Qərblilər İranın nüvə komandası ilə müzakirələr prosesində bilməlidirlər ki, milli arxası olan bir komanda ilə üzləşiblər.
İran parlamentinin sədri İran əleyhinə tətbiq olunan sanksiyaları ədalətsiz adlandırıb və deyib: İranın bütün siyasi qrupları sülhməramlı nüvə enerjisindən istifadəni öz haqqı bilirlər. Lakin Qərbin bu sahədəki izlədiyi yol haqq deyildir.
Laricani deyib: Qərblilər İrana güc məntiqi ilə nəzarət etmək istəyirlər və elə buna görə sanksiyaları tətbiq ediblər ki, xalqa təzyiq göstərsinlər. Lakin İran İslam Respublikası tarixi keçmişə malik müstəqil ölkədir və zülmün altına geetməyəcək.

Teqlər