İranın nüvə müzakirələrindən casusluq barədə təhqiqat başlayıb
İyun 12, 2015 13:52 Asia/Baku
İsveçrə və Avstriya rəsmiləri bildiriblər ki, İranın nüvə müzakirələrindən kibernetik casuslar məsələsi barəsində araşdırma aparırlar.
Səhər Beynəlxalq Televiziyasının Rusiya əl-Youma istinadla verdiyi məlumata görə, İsveçrənin Baş Prokurorluğu bir bəyanat verərək bildirib: Bu ölkənin təhlükəsizlik qüvvələri 12 mayda Cenevrədə bir mənzildə axtarış aparıb və İranın 5+1 Qrupu ilə nüvə müzakirələrinə ehtimal olunan kibernetik nüfuzla əlaqədar proqramları olan bir kompüteri aşkarlayaraq götürüblər.Amerikanın Wall Street Journal qəzeti çərşənbə günü sionist rejimin Avropada İran və 5+1 Qrupu arasında nüvə müzakirələri məkanlarından casusluq etməsi barədə xəbər vermişdi.