İyun 12, 2015 14:05 Asia/Baku
  • Parlament nüvə anlaşmasını dəstəkləyir
    Parlament nüvə anlaşmasını dəstəkləyir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Əgər nüvə məsələləri barədə anlaşma olarsa, parlament onu dəstəkləyəcək.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi cümə axşamı gecə Həmədanda jurnalistlərə verdiyi açıqlamada əlavə edib: Yaxşı anlaşma Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində İranın nüvə hüququnu qoruyan anlaşmadır.
Brucerdi İŞİD terror qruplaşması ilə İranın mübarizəsi barədə də deyib: İŞİD İslami İranın sərhədlərinə yaxınlaşmaqdan da kiçikdir.
"İŞİD-in istənilən təhlükəsi ilə qarşılaşmaq üçün lazımi tədbirlər görülüb" -deyə Brucerdi əlavə edib.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin sözlərinə görə, ABŞ İŞİD əleyhinə koalisiya yaratmaqla yalnız bu təkfirçilərlə mübarizə jestini göstərir. Lakin davamlı şəkildə silahlar göndərməklə İŞİD-i dəstəkləyir.
Brucerdi Ərəbistanın Yəmənə hücumu barədə də deyib: Ali-Səud rejiminin Yəmənə hücumu Ərəbistan üçün qaraüzlülük, utanc və zillətdən başqa heç bir töhfə gətirməyəcək.
İran parlamentinin rəsmisi beynəlxalq dairələrin Ərəbistanın Yəmənə hücumu qarşısında sükutunu pisləyərək deyib: Yəmənin məzlum xalqının dəstəklənməsində İranın səsindən başqa səs yoxdur və şübhəsiz bu müharibənin məğlub tərəfi də Ərəbistan olacaqdır.

Teqlər