İran və Altılığın müavinləri və siyasi direktorlarının iclası başlanıb
İyun 12, 2015 14:56 Asia/Baku
İran və 5+1 Qrupunun yekun nüvə anlaşması mətninin tənzimlənməsi barəsindəki iclası Vyanada davam edir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran və 5+1 Qrupunun müavinlər və siyasi direktorlarının iclası Vyanada keçirilib.Bu ümumi iclas başa çatdıqdan sonra İran və 5+1 Qrupunun digər ölkələri ilə ikitərəfli iclaslar, eləcə də ekspert iclasları keçiriləcək.
Yekun Müştərək Təşəbbüs Proqramının mətninin tənzimlənməsi üzrə İran və 5+1 Qrupunun danışıqlarının 7-ci turu İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və 5+1 Qrupuna üzv ölkələrin nümayəndəsi olaraq Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtin iştirakı ilə Vyananın Koburq otelində çərşənbə günündən başlanı.
İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının başçılıq etdiyi İranın nüvə komandası çərşənbə günü Vyanaya daxil olub.
Ötən günlər ərzində AB-nin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidt və ABŞ dövlət katibinin müavini Vendi Şermanla ikitərəfli və üçtərəfli iclaslar keçirilib.
Bu iclaslarla yanaşı İran və 5+1 Qrupunun texniki ekspertləri də yekun anlaşmanın texniki detalları üzərində işləmək məqsədilə iclaslar təşkil ediblər.