İran xalqı yalnız yaxşı anlaşmanın tərəfdarıdır
İyun 12, 2015 17:02 Asia/Baku
Tehranın cümə namazı xitabətçisi deyib: İslam Şurası Məclisi nüvə müzakirələrində əsas hallar və qırmızı xətləri qanun olaraq təsdiqləsin.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi İran və 5+1 Qrupunun nüvə müzakirələrinin davam etməsinə toxunaraq əlavə edib: İslam quruluşu yaxşı anlaşma ardıncadır və pis anlaşmanı İran xalqının heç bir kütləsi qəbul etmir.Yaxşı anlaşmanın İslam Respublikası quruluşunun qırmızı xətlərinə riayət olunan anlaşma olduğunu bəyan edən Ayətullah Xatəmi bildirib: Xalq və dövlət nüvə enerjisi məsələsində yekdildir və düşmənlər bu sahədə təfriqə yarada bilməzlər.
Tehranın cümə namazı xətibi təhdid şəraitində müzakirələrin davam etməsinin təxrib olduğunu və davam etməməli olduğunu bildirərək əlavə edib: Ehtimal olunan anlaşma ilə İrana qarşı bütün ədalətsiz sanksiyaların hamısı bir yerdə ləğv olunmalıdır.
Ayətullah Xatəmi Amerika və nüvə müzakirələrindəki müttəfiqlərinə xitabən deyib: İran regional və beynəlxalq qüdrətdir və İran xalqı ilə hörmətlə və məntiqli şəkildə danışmalıdırlar.
Tehranın bu həftəki cümə namazının xətibi həmçinin Türkiyə parlament seçkilərində hakim Ədalət və İnkişaf partiyasının məğlubiyyətini xalqın hakim partiyaya silləsi adlandırıb. Belə ki, bu ölkə hökuməti İŞİD terror qruplaşmasını dəstəkləməklə məzlum insanların qanını töküb.
Tehranın cümə namazı xətibi həmçinin Ərəbistanın Yəmənə hücumlarına münasibət bildirərək deyib: Ali-Səud bu hücumda öz məqsədlərinə çatmayıb. Çünki Yəmənin səhnədəki xalq qüvvələri daha üstündürlər.
Ayətullah Xatəmi İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin vəfatının 26-cı ildönümü mərasiminin keçirilməsinə toxunaraq Həzrət İmam Xomeynini (rə) dünya məzlumlarının hamisi adlandırıb.
"İmam Xomeynini (rə) müstəqillik, milli vəhdət və imperializm, xüsusilə də ABŞ-a nifrətlə tanımaq lazımdır" deyən Ayətullah Xatəmi əlavə edib: O həzrət bərəkətli ömrünün sonuna qədər Amerikanı böyük şeytan adlandırırdı.