Qolları bağlı şəkildə diri-diri basdırılmış 175 dalğıcın cəsədləri aşkarlanıb
https://azeri.sahartv.ir/news/İran-i194786-qolları_bağlı_şəkildə_diri_diri_basdırılmış_175_dalğıcın_cəsədləri_aşkarlanıb
Çərşənbə günü İraq-İran müharibəsi zamanı Səddam rejimi tərəfindən qolları bağlı şəkildə diri-diri basdırılmış 175 dalğıcın cəsədinin aşkarlanması xəbəri yayılarkən İraqın BƏƏS rejimi və onun hamilərinin cinayətlərinin digər bir üzü ifşa olundu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2015 05:58 Asia/Baku
  • Qolları bağlı şəkildə diri-diri basdırılmış 175 dalğıcın cəsədləri aşkarlanıb
    Qolları bağlı şəkildə diri-diri basdırılmış 175 dalğıcın cəsədləri aşkarlanıb

Çərşənbə günü İraq-İran müharibəsi zamanı Səddam rejimi tərəfindən qolları bağlı şəkildə diri-diri basdırılmış 175 dalğıcın cəsədinin aşkarlanması xəbəri yayılarkən İraqın BƏƏS rejimi və onun hamilərinin cinayətlərinin digər bir üzü ifşa olundu.

İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı deyib: İraqdan İrana daxil olmuş 175 şəhid Kərbəla-4 əməliyyatının dalğıclarına aiddir və onlar diri-diri basdırılıblar.
İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı general Məhəmməd Bağırzadə Şələmçə sərhədindən ölkəyə daxil olmuş Müqəddəs Müdafiə şəhidlərinin pak cənazələrinin qarşılanması mərasimində deyib: Ölkəyə daxil olmuş 175 şəhidin cənazəsi Kərbəla-4 əməliyyatının dalğıclarına aiddir və onlar qolları bağlı şəkildə şəhid ediliblər.
O, əlavə edib: Bu şəhidlərin pak cəsədlərinin bəzisi aşkar edilib və onların üzərində heç bir yara və zədə yoxdur. Biz başa düşdük ki, onlar diri-diri basdırılıblar və bu gün həmin cinayətlər təkfirçilər tərəfindən müsəlman ölkələrində törədilir.
Yenicə aşkarlanmış 270 şəhidin dəfn mərasimi iyunun 16-da Tehran ostanında keçiriləcək.
İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı deyib: Mövcud statistikalara əsasən, indiyədək 45 mindən çox şəhid aşkarlanıb, tanınıb və ailəsinə təhvil verilib və İraq ərazisində təqribən altı min digər şəhidin axtarış işi həyata keçirilməlidir.
Əbu Flus-da törədilmiş cinayətlər Səddamın BƏƏS rejiminin rəftarının təkcə bir nümunəsidir ki, Müqəddəs Müdafiə illərində baş verib və region xalqlarına gizli deyil. Bu hadisələrə nəzər salmaq əslində Amerika, BƏƏS partiyası, Ərəbistan və digər mürtəce ölkələrin cinayətlərini və müharibə illərində onların BƏƏS rejimini və Səddamı dəstəklədiklərini region xalqlarına xatırladır və bu gün həmin cinayətlər İŞİD və Ərəbistan, eləcə də onların böyük müttəfiqləri Amerika və sionist rejim tərəfindən İraq, Suriya və Yəməndə törədilir.