Əfxəmin Fars Körfəzi Əməkdaşlıq Şurasının bəyanatına reaksiyası
İyun 13, 2015 17:28 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasının üç iranlı ada barədəki bəyanatını rədd edib.
IRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bu gün Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin Ərriyad iclasının Fars Körfəzindəki üç iranlı ada barədəki son bəyanatına reaksiyada deyib ki, əsassız iddiaların təkrarlanmasının tarixi həqiqətlərə təsiri olmayıb və rədd edilir.İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları İran torpağının ayrılmaz hissəsidir.
Əfxəm əlavə edib: İran qonşularla bir-birinin daxili işlərinə qarışmama və qarşılıqlı hörmətə əsaslanan dostluq əlaqələrini öz siyasətlərinin ön planında qərar verib və dostluq münasibətlərinin inkişafı və dərinləşməsi üçün heç bir məhdudiyyət nəzərdə tutmur və hərtərəfli, geniş həmkarlıqlar və faydalı anlaşmanı alqışlayır.