İnternetdə İranın sivilizasiya muzeyi işə salınıb
İyun 14, 2015 18:10 Asia/Baku
Müxtəlif dövrlərdə İranın tarixi binaları, möhürləri, sikkələri, heykəlləri və əşyalarının təsvirlərindən ibarət xəzinə Fars Körfəzi Araşdırmalar Müəssisəsinin təşəbbüsü ilə internetdə toplanaraq, işə salınıb.
Səhər kanalının məlumatına görə, bu muzeyin təsvirləri Əhəmənilərdən əvvəl beş dövrə, Əhəminələr, Partilər, Sasanilər və İslami dövrlərə ayrılıb. Xəzinənin təsvirləri nəinki İran muzeylərinin eksponatlarını, həm də bəzi xarici muzeylərdəki iranlı eksponatları əhatə edir. Təsvirlər ingilis dilində izah olunur və Fars Körfəzi Araşdırmalar Müəssisəsi onu xüsusən beynəlxalq istifadəçilərin İran tarixi və sivilizasiyası ilə tanışlığı və İranofobiya ilə mübarizə üçün hazırlayıbdır.Fars Körfəzi Araşdırmalar Müəssisəsinin sərəncamçı müdiri Ruzbeh Parsapur bu haqda deyib: Bu müəssisədəki arxeologiya və siyasi coğrafiya ekspertləri dünyanın ən qədim ölkəsi olan İranın əsl simasını göstərmək məqsədilə aylarla səylərdən sonra kiber mühitində iranlı sivilizasiya, incəsənət və mədəniyyətdən ibarət İranın 7 min il bundan əvvəldən bu yana olan zəngin sivilizasiyası haqda ingilisdilli muzey işə salmağa müvəffəq oldular.
İnternetdə İranın sivilizasiya muzeyini bu ünvanda müşahidə etmək olar:
http://www.persiangulfstudies.com/IranMuseum