Nüvə müzakirələri 5-ci gündə
İyun 14, 2015 18:51 Asia/Baku
İran və altıığın nazir müavinləri və ekspertlərinin əhatəli razılaşma mətninin yazılışının davamı məqsədilə keçirilən nüvə müzakirələri Vyanda davam edir.
Səhər kanalının məlumatına görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı, həmçinin altılığın nümayəndəsi və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt bu gün səhər nüvə müzakirələrinin 5-ci gününü başlayıblar.Bu məlumata görə, ondan öncə də Həmid Bəidinejadın başçılıq etdiyi iranlı ekspertlər heyətinin Stefan Klementin başçılıq etdiyi altılığın ekspertləri ilə iclası bərpa olunub.
İraqçı və Rəvançı çərşənbə günündən əhatəli razılaşma mətninin yazılışı üzrə müzakirələrin 7-ci dövrünü keçirirlər.
İran və altıığın nazir müavinlərinin iştirakı ilə əhatəli razılaşma mətninin təkmilləşdirilməsi gedişinin araşdırılması üçün ümumi iclas keçirilib.
Bəidinejadın sözlərinə görə, iclas iştirakçıları müzakirələr gedişinin sürətləndirilməsini istəyiblər.
Müzakirələrin bitməsi möhləti iyunun 30-dur, amma İraqçının sözlərinə görə, İran zamana bağlanmayıb və hədəflərinin reallaşacağı yaxşı bir razılaşma ardıncadır.