Ruhani: İran xalqı heç bir supergüc qarşısında təslim olmayacaq
İyun 15, 2015 08:57 Asia/Baku
İran İslam Respublikası prezidenti deyib: İran xalqı supergüclərin tamahkarlıqları qarşısında təslim olmayacaq.
Səhər Beynəlxalq Televiziyasının Prezident Aparatının informasiya portalına istinadla verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin din alimləri, fədakarları və seçilən şəxsiyyətləri ilə görüşdə bildirib: İran 5+1 Qrupu ilə müzakirələr prosesində Qərbin İran əleyhinə birtərəfli sanksiyalarını ləğv etməyə çalışır. Lakin heç bir supergüc qarşısında baş əyməyəcək və yalnız Allahın qarşısında təzim edir.İran müzakirəçilərinin məntiq, iqtidar və qüdrətlə müzakirələrdə iştirak etdiklərini və heç vaxt müzakirələr masasında təhdidin olmadığını bildirən Ruhani əlavə edib: İran müzakirələrdə öz yolunu davam etdirir və əlbəttə, sanksiyaların davam etməsinə baxmayaraq, İran xalqının köməyi ilə İslami İranın inkişafı istiqamətində yaxşı addımlar ata bilmişdir.
İran prezidenti bildirib: Düşmənlər insanların həyatına daxil olan təzyiqləri nəzərə alaraq, onları inqilab və İran İslam Respublikasının quruluşuna naümid və məyus edə biləcəklərinə ümid bəsləmişdilər. Lakin məğlub oldular.