İran parlamentinin sədri İrlandiyaya gedib
İyun 16, 2015 08:12 Asia/Baku
İslam Şurası Məclisinin sədri irlandiyalı həmkarının rəsmi dəvəti ilə parlament heyətinin müşayiəti ilə İrlandiya Respublikasının paytaxtı Dublinə daxil olub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Laricani Dublin hava limanına daxil olduqdan sonra parlament əməkdaşlıqlarının genişləndirilməsi, iki ölkəni maraqlandıran sahələrdə əməkdaşlıqların sadələşdirilməsini İrlandiya Respublikasına səfərinin əsas məqsədlərindən adlandırıb.Laricani Nümayəndələr Palatası və Senat rəhbərləri ilə görüşdən əlavə, baş , xarici işlər, müdafiə və kənd təsərrüfatı nazirləri ilə də görüşəcək və maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparacaq.