Laricani irlandiyalı həmkarı və İrlandiyada yaşayan iranlılarla görüşüb
https://azeri.sahartv.ir/news/İran-i194908-laricani_irlandiyalı_həmkarı_və_İrlandiyada_yaşayan_iranlılarla_görüşüb
İran İslam Şurası Məclisinin sədri ötən gün bir qrup iranlı universitet müəllimi, həkim, iş adamı, tələbə və diplomatların ailələri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 04:05 Asia/Baku
  • Laricani irlandiyalı həmkarı və İrlandiyada yaşayan iranlılarla görüşüb
    Laricani irlandiyalı həmkarı və İrlandiyada yaşayan iranlılarla görüşüb

İran İslam Şurası Məclisinin sədri ötən gün bir qrup iranlı universitet müəllimi, həkim, iş adamı, tələbə və diplomatların ailələri ilə görüşüb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, iki ölkə arasında müəllim və tələbə mübadiləsi, İrlandiyada yerləşən böyük və modern beynəlxalq şirkətlərin əsasən də texniki, modern texnologiya, tibb məsələləri, müştərək investisiya sahələrində potensial və təcrübələrindən istifadə bu görüşdə irəli sürülən əsas təkliflərdən olub.
Əli Laricani bu görüşdə vurğulayıb: İrlandiya rəsmiləri lilə görüşlərdə iranlıların problemlərinin həlli, iki ölkənin əməkdaşlıqlarının genişləndirilməsi yolları və mövcud potensiallardan yaxşı formada istifadə olunması barədə fikir mübadiləsi aparılacaq.