Nüvə müzakirələrinin 8-ci turu sabah Vyanada
İyun 16, 2015 14:38 Asia/Baku
İran və 5+1 Qrupunun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi üzrə müzakirələrinin 8-ci turu İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavininin iştirakı ilə sabah Vyanada keçiriləcək.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi sabah Vyanaya səfər edəcəklər ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtilə Yekun Müştərə Təşəbbüs Proqramı mətninin tənzimlənməəsi üzrə müzakirə aparsınlar.Bu müzakirələrin 7-ci turu 4 gün müddətində keçirildi və İran xarici işlər nazirinin müavinləri daixli məsləhətləşmələr üçün bazar günü gecə Tehrana qayıtdılar. Lakin ekspertlərin müzakirələri İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasət və Təhlükəsizlik Baş İdarəsinin baş direktoru Həmid Bəidinejad və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müşaviri Stefan Klementin başçılığı ilə Vyanada keçirilməkdədir.