ABŞ Konqresi nüvə anlaşmasını 3 amerikalı məhbusun azad olunmasına düyünləyib
İyun 16, 2015 17:20 Asia/Baku
ABŞ Nümayəndələr Məclisinin üzvləri bir qətnamə təsdiqləyərək bildiriblər ki, əgər Tehran Vaşinqtonla nüvə anlaşması və sanksiyaların azaldılması ardıncadırsa, 3 amerikalı məhbusu azad etməlidir.
Səhər Beynəlxalq Televiziyasının Associated Pressə istinadla verdiyi məlumata görə, Amerika Nümayəndələr Palatası ötən gün səs çoxluğu ilə bir qətnamə təsdiqləyib və İrandan 3 amerikalı məhbusu azad etməsini və itkin düşmüş dördüncü vətəndaş barədə məlumat verməsini istəyib.Amerikalı qanunvericilər bildiriblər ki, İran Birləşmiş Ştatların nüvə anlaşmasını imzalamasını və İran İslam Respublikasına qarşı sanksiyaları azaltmasını istəyirsə, amerikalıları azad etsin.