Zərif: ABŞ və sionist rejim Yaxın Şərqdəki terrorizm və radikallığın amilidirlər
İyun 16, 2015 19:57 Asia/Baku
-
Zərif: ABŞ və sionist rejim Yaxın Şərqdəki terrorizm və radikallığın amilidirlər
İran xarici işlər naziri Yaxın Şərqdəki terrorizm və radikallığın kökünü ABŞ və sionist rejimin işğalçılıq siyasətləri adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün çərşənbə axşamı günü Meksika Senatının Xarici Əlaqələr Komissiyasının sədri Qabriela Koebas Baronla görüşdə Yaxın Şərqdəki terrorizm və radikallığın kökünü ABŞ və sionist rejimin işğalçılıq siyasətləri adlandırıb və deyib: Terrorizm və radikallıq fenomeni ilə beynəlxalq və regional əməkdaşlıqlar çərçivəsində hərtərəfli mübarizə vacibdir.Zərif əlavə edib: İran İŞİD teror qruplaşmasının formalaşması və güclənməsi və regionda ifratçılıq barəsində xəbərdarlıq etmişdi və bu barədə 2013-cü ildə İran İslam Respublikası prezidenti Həsən Ruhani zorakılıq və radikallığı olmayan dünya təklifini irəli süürdü və bu təşəbbüs BMT-də qətnamə olaraq təsdiqləndi.
İran və Meksikanın narkotik maddələrin qaçaqçılığı ilə mübarizə üzrə müştərək probleminə toxunan İran xarici işlər naziri narkotik maddələrin qaçaqçılığı , terrorizm və mütəşəkkil cinayətlərlə mübarizə istiqamətində iki ölkənin informasiya mübadiləsi və məsləhətləşmələr aparmasını istəyib.
Zərif həmçinin bu görüşdə İran və Meksikanın müxtəlif və geniş əməkdaşlıqlar sahəsinə toxunaraq İranla Meksika arasında iqtisadiyyat, siyasət, mədəniyyət və parlament əlaqələrinin güclənəcəyindən xəbər verib.
Meksika Senatının Xarici Əlaqələr Komissiyasının sədri də bu görüşdə deyib: Meksika həmişə İran İslam Respublikası ilə münasibətlərin yüksəldilməsi və gücləndirilməsi ardıncadır.
Meksika Senatının Xarici Əlaqələr Komissiyasının sədri regional böhranlardan xilas olmağın yeganə yolunu dialoq və müzakirə adlandırıb və deyib: Meksika beynəlxalq dairələrdə bu strategiyanı dəstəkləyir.