İyun 17, 2015 16:47 Asia/Baku
  • Vyanada nüvə müzakirələrinin 8-ci turu - Təhlil
    Vyanada nüvə müzakirələrinin 8-ci turu - Təhlil

Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi məqsədilə İran və 5+1 Qrupunun nüvə müzakirələrinin 8-ci turu İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və Altılıq ölkələrinin nümayəndəsi olaraq bu müzakirələrdə iştirak edən Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtin iclası ilə bu gün Vyanada başlanıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçı bu tur müzakirələr astanasında deyib6 İran və Altılıq qrupunun nüvə müzakirələrinin sonu üçün iyulun birinin nəzərdə tutulmasına baxmayaraq, İran İslam Respublikası münasib və yaxşı anlaşmanı heç vaxt zaman və tarixə qurban vermir.
Bu müzakirələrin başlanması ilə eyni zamanda ABŞ dövlət katibi deyib ki, biz məsələləri Lozannada müəyyən etdiyimiz xətlər əsasında həll etməliyik.
Nüvə proqramında ehtimal olunan hərbi cəhət adlandırdığı məsələyə toxunan ABŞ dövlət katibi etiraf edib ki, ehtimal olunan hərbi cəhət barədə bəzi söhbətlər təhrif olunub. Lakin bu təhriflərə baxmayaraq, bizim üçün önəmlidir ki, bu fəaliyyətlərin dayandığını bilək.
Halbuki Lozanna bəyanatı və müştərək təşəbbüs proqramı çərçivəsinə əsasən bu iddialar barədə danışmağın heç bir əhəmiyyəti yoxdur.
Əslində Lozannada müəyyən olunan xətlərə əsasən məsələlərin həll edilməsinə dair Con Kerrinin açıqlaması ziddiyyətlərlə doludur.
Hər halda bu müzakirələr iyun ayının sonuna qədər nəticəyə çatmalıdır və ekspert, texniki və siyasi səviyyələrdə davamlı şəkildə iclasların keçirilməsi də yekun anlaşmaya çatmaq üçün səylərin davam etdiyini göstərir. Lakin bu müzakirələrdə hələ də ixtilaflar mövcuddur. Bu ixtilaflar həssas və əsaslı məsələlər üzərindədir. Bu məsələlərdən İranın hərbi obyektlərinə istənilən baxışın keçirilməsi və yaxud İranın nüvə alimləri ilə danışıqların aparılmasına qarşı çıxmasını misal göstərmək olar.
Bu barədə İslam Şurası Məclisinin millət vəkilləri İran xalqının nüvə nailiyyətlərinin qorunması məqsədilə bir layihəni təqdim ediblər. Bu layihədə və Ali Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində bildirilib ki, bütün qeyri-nüvə hərbi, təhlükəsizlik və həssas məkanlara baxışın keçirilməsi və sənədlərin əldə olunması və alimlərlə danışıqların aparılması qadağandır.
Bu layihə həmçinin konstitusiyaya əsaslanaraq bildirir ki, müzakirələrin nəticəsi konstitusiya ilə uyğunlaşdırılması və qanuni təsdiqlənməsi üçün İslam Şurası Məclisinə təqdim olunmalıdır.
Bu layihənin maddələrindən biri də bütün sanksiyaların ləğvinin anlaşmanın bir hissəsi olaraq vurğulanmasıdır.
Buna görə, hələlik anlaşmanın qarşısında bir sıra maneələr vardır ki, onları arxada qoymaq lazımdır. Lakin yekun anlaşmanı əldə etmək üçün bütün məsələlər nəzərdə tutulmalıdır.
Buna görə, əgər bir anlaşma əldə olunarsa, onun nəticəsi tərəflərin öhdəliklərini icra etməsi ilə yekunlaşmalıdır. Bu hallardan biri də İran əleyhinə sanksiyaların ləğv olunmasıdır.
Lakin müzakirələrdə Qərbin öz tamahkar siyasi tələblərini irəli sürməkdə maraqlı və israrlı qaldığı halda, bunu qeyd etmək olar ki, müzakirələrdə İrana təzyiq göstərmək məqsədini daşıyan bu strategiya elə öncədən məğlubiyyətə uğrayıb.

Teqlər