İyun 18, 2015 09:07 Asia/Baku
  • Vyanada İraqçı-Şmidt iclasının ikinci dövrü başa çatıb
    Vyanada İraqçı-Şmidt iclasının ikinci dövrü başa çatıb

İran xarici işlər nazirinin müavinləri Seiyid Abbas İraqçı və Məcid Təxt Rəvançının altılığın nümayəndəsi və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Helqa Şmidt arasındakı iclasın ikinci dövrü dünən axşam çağı Vyanada başa çatıb.

Səhər kanalının məlumatına görə, müştərək addım üzrə əhatəli proqramın ilkin mətninin yazılışının davam etdirilməsi məqsədilə keçirilən müzakirələrin səkkizinci dövrü dünən günortadan öncə Vyananın Kuborq otelində bərpa edilib. İran xarici işlər nazirinin müavinləri Seiyid Abbas İraqçı və Məcid Təxt Rəvançı və altılığın nümayəndəsi və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Helqa Şmidt bu müzakirələrdə iştirak edirlər.
Zərifin müavinləri iyulun birinədək əhatəli razılaşma mətninin yazılışını hazırlamalıdırlar.
İraqçı və Rəvançı bu danışıqların yeddinci dövründə beş gün müzakirədən sonra bazar ertəsi günü səhər tezdən Tehrana geri döndülər və çərşənbə günü səhər Vyanaya getdilər, amma Həmid Bəidinejad və Stefan Klementin başçılıq etdikləri ekspert qrupları hələ də Vyanada əlavələrin yazılışı üzrə danışıqları davam etdirirlər.
İraqçı dünən əhatəli razılaşma mətnində qalmış məsələlərdən birini sanksiyaların aradan qaldırılması ilə İranın addımlarının eyni vaxtda olması adlandırıb və deyib ki, bu sahədə bir sıra ideyalar mövcuddur və əminedici ola bilər.

Teqlər