İyun 18, 2015 14:41 Asia/Baku
  • Vyanada nüvə müzakirələri davam edir
    Vyanada nüvə müzakirələri davam edir

İran və 5+1 qrupu arasında nüvə müzakirələri bu gün cümə axşamı Vyanada ekspertlər səviyyəsində davam etdirilir.

Yekun nüvə anlaşması sənədinin hazırlanması ilə bağlı İran və 5+1 qrupu arasında aparılan danışıqların 8-ci dövrü İranın xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavininin iştirakı ilə dünən Vyanada start götürüb.
ABŞ dövlət katibinin müavini Vendi Şerman da bu gün Vyanaya daxil olub və nüvə müzakirələrinə qoşulub.
İran və 5+1 qrupu ölkələrinin (Amerika, Fransa, İngiltərə, Rusiya, Çin və Almaniya) xarici işlər nazirlərinin Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə birlikdə Aprelin 2-də 9 gün davam edən sıx müzakirələrin ardınca İsveçrənin Lozanna şəhərində ümumi həll yolları barədə razılığa gəlmələrinin ardınca, yekun anlaşma sənədinin hazırlanması üzrə danışıqlara başlanılıb. İndiyə kimi bu müzakirələrin 6 dövrü Vyanada, 1 dövrü isə Nyu-Yorkda, NPT protokolunun araşdırılması konfransının kənarında baş tutub. 1 iyul tarixi İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin vaxtının 7 ay uzadılması ilə bağlı əldə olunmuş anlaşmanın başa çatdığı gündür. Yekun anlaşmanın əldə olunması üçün müzakirələrin vaxtının uzadılması ilə bağlı bəzi fikirlər dolaşsa da, İran rəsmiləri danışıqların vaxtının uzadılması məsələsinin gündəmdə durmadığını vurğulayıblar.

Teqlər