İyun 19, 2015 08:11 Asia/Baku
  • İraqçı, Şerman və Şmidt arasında baş tutan ikinci görüş də başa çatıb
    İraqçı, Şerman və Şmidt arasında baş tutan ikinci görüş də başa çatıb

İran xarici işlər naziri , ABŞ dövlət katibi və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavinləri arasında Vyanada baş tutan ikinci görüş də başa çatıb.

İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi, ABŞ dövlət katibinin müavini Vendi Şerman və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt arasındakı ikinci görüş cümə axşamı Avstriyanın paytaxtı Vyanada baş tutub və 2 saat yarım davam edib. İranın nüvə müzakirə heyətinin ekspertlər qrupunun 5+1 qrupunun ekspertlər qrupu ilə danışıqları isə davam edir. Bu danışıqlarda İranın ekspertlər qrupuna Həmid Bəidinejad rəhbərlik edir.
Fransa, İngiltərə, Almaniya, Rusiya və Çinin nümayəndə heyətləri də nüvə müzakirələrinə qatılmaq üçün artıq Vyanaya daxil olublar.
Lozanna bəyannaməsinin ardınca yekun nüvə anlaşması sənədinin hazırlanması məqsədi ilə İran və 5+1 qrupu arasındakı müzakirələrin 8-ci turu İran xarici işlər naziri, ABŞ dövlət katibi və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavinlərinin iştirakı ilə çərşənbə günündən Avstriyanın paytaxtı Vyanada start götürüb. Yekun nüvə anlaşmasının əldə olunması üçün təyin olunmuş son tarix 30 iyundur. Amma, İraqçının dediyinə görə, İran İslam Respublikası zamana tabe deyil və öz istəklərini təmin edə biləcək yaxşı bir anlaşmanın əldə olunması ardıncadır.

Teqlər