İran prezidenti terrorçu qruplaşmaların rəftarlarının heç bir ölkənin xeyrinə olmadığını bildirib
İyun 19, 2015 04:15 Asia/Baku
-
İran prezidenti terrorçu qruplaşmaların rəftarlarının heç bir ölkənin xeyrinə olmadığını bildirib
İran İslam Respublikası prezidenti Həsən Ruhani terrorizmin genişlənməsi və regiondakı terrorçu qrupların fəaliyyətlərinə işarə edərək, deyib: Bütün region ölkələri terrorizm məsələsindən əziyyət çəkirlər. Çünki, terrorçu qruplaşmaların rəftarları heç bir ölkənin xeyrinə deyil və region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, regionun inkişafına mane olur.
İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Həsən Ruhani cümə axşamı Qətər əmiri ilə telefon söhbətində regionda sülh və sabitliyin bərqərar edilməsi üçün region ölkələri arasında əməkdaşlıqların gücləndirilməsinə təkid edərək, mübarək Ramazan ayını müsəlmanlar arasında dostluq və mehribanlıq ayı adlandırıb və deyib: Ümidvaram mübarək Ramazan ayında İslam torpaqlarında toqquşmalar və qan axıtmalara son verilsin və ən qısa zamanda sabitlik və təhlükəsizlik bərqərar edilsin.İran İslam Respublikası prezidenti bütün ölkələr xüsusilə də Yəməndə müharibədən zərərçəkənlərə yardımların göstərilməsinə təkid edərək, region ölkələrinin yaranmış böhranın aradan qaldırılması istiqamətində səy göstərmələrini istəyib.
Həsən Ruhani həmçinin, İranın dünya ölkələri xüsusilə də qonşu ölkələr ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, deyib: İran və Qətər siyasi və iqtisadi baxımdan əlaqələrin genişləndirilməsi üçün yaxşı potensiallara və şəraitə malikdirlər. Və bu imkanlardan maksimum formada istifadə edilməlidir.
Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani də İran prezidenti ilə telefon söhbətində mübarək Ramazan ayının gəlib çatması münasibətilə onu təbrik edib və deyib: Qətər və İran arasındakı əlaqələr uzun keçmişə və dərin köklərə habelə, möhkəm bağlara malikdir və Doha bu əlaqələrin daha da inkişaf etdirilməsini istəyir.
Qətər əmiri İranın regiondakı mövqeyi və regional məsələlərin həllindəki rolunun əhəmiyyətinə təkid edərək, əlavə edib: İran regionda sülh və sabitliyin bərqərar edilməsində mühüm rol oynaya bilər.
Şeyx Təmim bin H əməd Ali Sani regiondakı böhranların xüsusilə də Yəmən, İraq və Suriya böhranlarının həllinə nail olmaq üçün siyasi həll yollarından istifadənin edilməsinə təkid edərək, deyib: Qətər və İranın xarici işlər nazirlikləri öz əlaqələrini möhkəmləndirmək yolu ilə iki ölkə və region xalqlarının maraqlarını qorumaq üçün bütün imkanlarını səfərbər etməlidirlər.
Teqlər