İyun 19, 2015 08:55 Asia/Baku
  • Məsumə Ebtekar: İfratçılıq Yaxın Şərq ilə məhdudlaşmır
    Məsumə Ebtekar: İfratçılıq Yaxın Şərq ilə məhdudlaşmır

İran İslam Respublikası prezidentinin müavini ifratçılığın Yaxın Şərq regionu ilə xülasələşmədiyini bildirib.

İran İslam Respublikası prezidentinin müavini və İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar Norveçin xarici işlər naziri Burge Brende ilə görüşdə deyib: İfratçılıq Yaxın Şərq ilə məhdudlaşmayacaq və cilovlanmayacağı təqdirdə dünya ictimaiyyəti üçün ciddi problemlər yarada bilər.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Məsumə Ebtekar həmçinin ümidvarlıq edib ki, ədalətli bir anlaşma ilə İranın nüvə haqqı təmin olunmuş olsun.
İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri daha sonra ekologiya və onun qorunmasının nə dərəcədə önəmli bir məsələ olduğuna da diqqət çəkərək, təklif edib ki, İran və Norveçin bu sahədə malik olduqları potensialları nəzərə alaraq, ekologiyanın mühafizəsi məsələsi də ikitərəfli əlaqələr sırasına daxil edilmiş olsun.
Norveçin xarici işlər naziri Burge Brendə də bu görüşdə ötən il İrana olan səfərinə işarə və iki ölkə əlaqələrinin yaxşılaşmasından razılıq edərək, ümidvarlıq edib ki, nüvə anlaşmasının əldə olunması ilə İran və Norveç arasında müxtəlif sahələr o cümlədən ətraf mühitlə bağlı əməkdaşlıqların genişləndirilməsi üçün daha yaxşı imkan yaranmış olsun.

Teqlər