İyun 19, 2015 19:34 Asia/Baku
  • Zərif Avropaya gedə bilər
    Zərif Avropaya gedə bilər

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və avropalı həmkarları ilə görüşüb, danışıqlar aparmaq üçün bazar ertəsi günü Avropaya səfər edəcək.

İRİB-nin Vyanadan verdiyi məlumata görə, hələ ki, bu görüşün məkanı dəqiqləşdirilməyib.
Bu arada İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi bu gün, günortadan sonra Vyanada, Kuborg otelində Çin nümayəndə heyəti ilə görüşüb, danışıqlar aparıblar.
Bundan öncə İraqçı və Təxt Rəvançi Almaniy, Fransa və İngiltərə nümayəndə heyətləri ilə görüşüb, danışıqlar aparıblar.
Həmçinin, bu gün səhər İran xarici işlər nazirinin müavinləri ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında görüş baş tutub.
Bundan öncə İran xarici işlər nazirinin müavinləri Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt ilə görüşüb, müzakirələrin davamı ilə bağlı fikir mübadiləsi aparıblar.
İran və 5+1 qrupu arasında yekun nüvə anlaşması sənədinin hazırlanması üzrə müzakirələrin 8-ci dövrü çərşənbə günündən etibarən Vyanada start götürüb.

Teqlər