İran prezidenti narkotiklərin qaçaq edilməsi ilə mübarizəyə təkid etdi
İyun 21, 2015 15:12 Asia/Baku
-
İran prezidenti narkotiklərin qaçaq edilməsi ilə mübarizəyə təkid etdi
İran İslam Respublikası prezidenti region və dünyada narkotik maddələrin qaçaq edilməsi ilə mübarizəyə təkid edib.
İran İslam Respublikası prezidenti Narkotiklərlə Mübarizə Qərargahının iclasında narkotik vasitələrin qaçaq edilməsi ilə mübarizə sahəsində sərhədlərin qorunması və hüquq-mühafizə qüvvələrinin fədakarlıqları mövzusuna toxunub və deyib: hüquq-mühafizə orqanı və xalq qüvvələrinin fədakarlıqları ilə narkotik maddələrin İran yolu ilə Qərbə, xüsusilə də Avropaya nəql edilməsinin qarşısı mümkün olduğu miqdarda alınıb.Həsən Ruhani əlavə edib: Qərb ölkələri və digər ölkələr də başa düşməlidirlər ki, narkotik sadəcə İranın problemi deyil və bu sahədə onların da üzərinə məsuliyyət düşür ki, yerinə yetirməlidirlər.
İran İslam Respublikası prezidenti həmçinin, narkomanların da cəmiyyətin üzvləri olduqlarını vurğulayaraq, deyib: Narkomaniyaya düçar olanları bu bəladan xilas etmək üçün bütün əlaqədar qrumlar öz səylərini ahəngdarlaşdırmalıdırlar.
Teqlər