İran dövləti və Parlamentin 6-cı birgə iclası keçirilib
İyun 22, 2015 10:08 Asia/Baku
İran İslam Respublikası prezidenti və İslam Şurası Məclisinin sədri dövlət və parlamentin 6-cı birgə iclasında çıxış edərək, mühüm məsələlərə toxunublar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani nüvə müzakirələri məsələsinin quruluşun bütün strukturlarına aid olduğunu bildirib və deyib: İranın nüvə müzakirəçiləri İslam İnqilabının Böyük Rəhbəri tərəfindən müəyyən və şifahi və yazılı formada elan edilmiş prinsiplər əsasında hərəkət edirlər.İRİB-nin məlumatına görə, Həsən Ruhani dövlət və parlamentin 6-cı birgə iclasında nüvə müzakirələrinin həssas mərhələdə olduğuna toxunaraq deyib: Nüvə müzakirələri bütün İranın məsələsidir və ümidvarıq parlamentin köməyi və xalqın himayəsi ilə İran xalqının hüququnu və milli maraqları təmin etməklə yanaşı, məqbul və sevindirici bir nəticəyə nail olaq.
Ali Milli Təhlükəsizlik Şurasının sədri bu müzakirələri İranın ən mühüm diplamatik müzakirələrindən biri adlandırıb və deyib: Bu iş İnqilab Rəhbərinin göstərişləri, Ali Milli Təhlükəsizlik Şurasının qərarları və ölkə konstitusiyası əsasında olub və bundan sonra da belə olacaq.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani də bu iclasda çıxış edərək, nüvə müzakirələrinin son vəziyyətinə işarə edib və deyib: ümidvaram İranın 5+1 qrupu ilə müzakirələri məqbul bir nəticəyə nail olsun və hamımız xarici işlər naziri və nüvə müzakirə heyətini himayə üzrə səy göstərməliyik.
Laricani daha sonra deyib: mühüm olan digər məsələ budur ki, nüvə məsələsi kimi milli məsələlərdə bir-birinə qarşı şübhə ilə yanaşma çox zərərlidir. Bəzən görürsən ki, bəzi dairələrdə yanlış məlumatlar yayılır və bəziləri də bu yanlış məlumatlar üzərindən yanlış qərarlar qəbul edirlər. Buna görə də hazırda həmişə olduğundan daha artıq həmrəylik və yekdilliyə ehtiyac var. Bir-birimizə etibar etməliyik.
İslam Şurası Məclisinin sədri əlavə edib: Digər tərəfdən regional qüdrətlər də öz maraqlarını qorumaq üçün səylər göstərirlər. Əlbəttə, İraq və Əfqanıstan müharibələri ABŞ-ın hesablamalarda və analiz etmələrdə malik olduğu zəif cəhətləri üzə çıxartdı. Bunun ardınca ifratçı və terrorçu cərəyanlar baş qaldırdı.
Laricani daha sonra deyib: Əlbəttə, regionda bəzi ölkələr özünü böyük görməyə düçar olub ki, bu da onların özlərinə və digər ölkələrə ziyan yetirmələrinə səbəb olub.