İran prezidenti möhtac məhbusların azadlığına yardım kampaniyasına qatılıb
https://azeri.sahartv.ir/news/İran-i195109-İran_prezidenti_möhtac_məhbusların_azadlığına_yardım_kampaniyasına_qatılıb
İran İslam Respublikası prezidenti 1.4 milyard riyal(təqribən 34 min dollar) məbləğində yardım ayıraraq, möhtac məhbusların azadlığına yardım bəyənilmiş xalq kampaniyasına qatılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2015 05:33 Asia/Baku
  • İran prezidenti möhtac məhbusların azadlığına yardım kampaniyasına qatılıb
    İran prezidenti möhtac məhbusların azadlığına yardım kampaniyasına qatılıb

İran İslam Respublikası prezidenti 1.4 milyard riyal(təqribən 34 min dollar) məbləğində yardım ayıraraq, möhtac məhbusların azadlığına yardım bəyənilmiş xalq kampaniyasına qatılıb.

İran İslam Respublikası Prezident Aparatının informasiya xidmətinin verdiyi məlumata görə, Həsən Ruhani bazar ertəsi günü mübarək Ramazan ayının mənəviyyatla dolu günlərini nəzərə alaraq, insanların bu kampaniyada daha aktiv iştirak etmələrini istəyib.
İranda möhtac məhbusların azadlığına yardım üzrə xalq kampaniyası hər il Ramazan ayında Diyə və Möhtac Məhbuslara Yardım Xalq Qərargahının təşəbbüsü ilə keçirilir. Bu kampaniyada toplanan vəsait əsasən səhvən törədilmiş cinayətlərə və ya, diyəni ödəyə bilmədiyinə görə həbsə düşmüş şəxslərin azad edilməsinə xərclənir.