İyun 24, 2015 16:48 Asia/Baku
  • İran milli teleskopu
    İran milli teleskopu

İran İslam Respublikası Milli Rəsədxana layihəsinin müdiri İranın milli teleskopunun layihələşdirilməsindən xəbər verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Rza Mənsuri İNO340 adlı İranın milli teleskopu layihəsinin təkmilləşdirilməsi və istifadəyə verilməsi üçün 90 milyard riyal vəsaitin ayrılmasına işarə edərək, deyib: Bu teleskoplar aynalı teleskoplar sırasına daxildir və ilkin aynasının qalınlığı 4.3 metrdir.
Mənsuri teleskopun aynası, teleskopun korpusu və qoruyucu mexanizmini Milli Rəsədxananın təchizatlarından adlandırıb və deyib: Teleskopun aynası keramik şüşədən hazırlanıb. Bu növ şüşələr son dərəcə dəqiq ölçülərin həyata keçirilməsi üçün istifadə olunur.
İranın Milli Rəsədxana layihəsinin müdiri astronomiya və rəsədxana təchizatlarının istehsalı layihəsini İranda ən iri elmi layihə adlandırıb ki, Nazirlər Kabineti tərəfindən də təsdiq edilib.

Teqlər