Ruhani: Nüvə müzakirələrini İnqilab Rəhbərinin təlimatları əsasında izləyəcəyik
https://azeri.sahartv.ir/news/İran-i195165-ruhani_nüvə_müzakirələrini_İnqilab_rəhbərinin_təlimatları_əsasında_izləyəcəyik
İran İslam Respublikası prezidenti nüvə müzakirələri barədə deyib: Səbr, hövsələ, mətanət, xalqın dəstəyi və İnqilab rəhbərinin himayəsi və təlimatları əsasında məsələni irəliyə doğru götürmək lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2015 04:24 Asia/Baku
  • Prezident Ruhani
    Prezident Ruhani

İran İslam Respublikası prezidenti nüvə müzakirələri barədə deyib: Səbr, hövsələ, mətanət, xalqın dəstəyi və İnqilab rəhbərinin himayəsi və təlimatları əsasında məsələni irəliyə doğru götürmək lazımdır.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası Prezident Aparatının informasiya xidməti bildirib ki, Həsən Ruhani çərşənbə günü axşam ölkənin siyasi fəallarının iştirakı ilə keçirilən iftar ziyafətində "milli qüdrət" məsələsinə diqqət çəkərək, deyib: Milli qüdrətin formalaşdırılması və gücləndirilməsi yollarından biri siyasi problemlərlə bağlı dünya ilə müzakirə aparmaq və anlaşmaya nail olmaqdır. Çünki, anlaşma qüdrəti milli qüdrətin yaranmasında təsirli vasitələrdəndir.
Ruhani əlavə edib: İran İslam Respublikası bu gün siyasi məsələlərin böyük bir nümunəsi kimi nüvə müzakirələrində İran xalqının hüququnu müzakirə və anlaşma yolu ilə möhkəmləndirməyə çalışır.
İran prezidenti çıxışının başqa bir hissəsində ölkənin siyasi şəraitinə işarə edərək, müxtəlif qruplar arasında sağlam rəqabətə təkid edib və deyib: Bu gün İran özəl bir şəraitə malikdir. Buna görə də bütün siyasi qruplar vahid formada milli mənafeyin təmin edilməsini diqqət mərkəzində saxlamalıdırlar.
Həsən RUhani İran İslam Respublikasının mühüm dini, milli və inqilabçı hədəflərə malik olduğunu deyərək, vurğulayıb: Partiyalar öz siyasi fəaliyyətlərinin əsasını elə qurmamalıdırlar ki,bir-birinin üzərində qələbə çalıb, digərini sıradan çıxartsınlar. Sağlam rəqabət olmalı və fəaliyyətlərini daha yaxşı proqramların təqdim edilməsi üzərində qurmalıdırlar.