İranın mədəniyyət naziri: Quran-Kərim tədbir və təfəkkür üçün nazil olub
İyun 25, 2015 13:34 Asia/Baku
İranın mədəniyyət və islami irşad naziri Quranın onun ayələri barədə düşünmək və təfəkkür etmək üçün nazil olduğunu bildirib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əli Cənnəti çərşənbə günü Tehranda 23-cü Beynəlxalq Quran Sərgisinin açılış mərasimində deyib: Quran, qaranlıqlardan və zülmətdən xilas olmaq üçün istifadə ediləcək bir nurdur.İranın mədəniyyət nazirinin müavini Məhəmmədrza Heşməti də Quran-Kərim ilə üns məclislərinin təşkil edilməsini, Qədr gecəsi mərasimləri, küçə tamaşalarının səhnələşdirilməsini, filmlərin ekran edilməsini və camaat namazlarının təşkil edilməsini bu ilki Quran sərgisinin proqramlarından adlandırıb.
M.Heşməti daha sonra ölkə prezidenti Həsən Ruhaninin iştirakı ilə Quran xitmətkarlarının mükafatlandırılması mərasiminin keçiriləcəyindən də xəbər verib və deyib: Beynəlxalq Quran Sərgisinin beynəlxalq bölməsi də qarşıdan gələn günlər ərzində fəaliyyətə başlayacaq.
23-cü Beynəlxalq Quran Sərgisi çərşənbə günü start götürüb və mübarək Ramazan ayının sonuna kimi davam edəcək.