Ruhani: Ruhanilik ictimaiyyət üçün birlik və ümid qaynağı olmalıdır
https://azeri.sahartv.ir/news/İran-i195198-ruhani_ruhanilik_ictimaiyyət_üçün_birlik_və_ümid_qaynağı_olmalıdır
İran İslam Respublikası prezidenti deyib: bu gün hər zaman olduğundan daha artıq birliyə ehtiyac var və ruhanilik ictimaiyyət üçün vəhdət və ümid mənbəyi olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2015 06:58 Asia/Baku
  • Ruhani: Ruhanilik ictimaiyyət üçün birlik və ümid qaynağı olmalıdır
    Ruhani: Ruhanilik ictimaiyyət üçün birlik və ümid qaynağı olmalıdır

İran İslam Respublikası prezidenti deyib: bu gün hər zaman olduğundan daha artıq birliyə ehtiyac var və ruhanilik ictimaiyyət üçün vəhdət və ümid mənbəyi olmalıdır.

Həsən Ruhani cümə axşamı ruhanilər, cümə namazı xətibləri və imam camaatlarla birlikdə iftar ziyafətində iştirak edib. İran prezidenti bu mərasimdə İslam İnqilabı və İslam quruluşunun qorunmasında ruhanilərin üzərinə düşən məsuliyyətlərə işarə edib və deyib: Bu gün islamın tanıtdırılması missiyasının yerinə yetirilməsi üçün ölkə daxilində, regionda və dünyada hər zaman olduğundan daha artıq mötədilliyə ehtiyacın olduğunu vurğulayıb və deyib: İslam quruluşunun formalaşdırılması və qorunması müsəlmanlar və ruhanilərin çox qədimki arzularındandır və bu istiqamətdə İslam İnqilabının qələbə çalmasından sonra ruhanilərin öhdəsinə böyük məsuliyyətlər düşüb.
Həsən Ruhani əlavə edib: bütün bu məsuliyyətlər o cümlədən mədəni və ictimai məsuliyyətlər, inqilabın və quruluşun yolunun davam etdirilməsi, habelə, quruluşun müxtəlif formalarda qorunması ruhanilərin öhdəsinə düşən məsuliyyətlərdirlər.
İran prezidenti daha sonra deyib: genişlənməkdə olan islamofobiya dalğasının kənarında çox təəssüflər olsun ki, bu gün də bəziləri ruhaniliyə qarşı yeni bir cərəyan formalaşdırmağa çalışırlar. Bu da ruhanilərin üzərinə düşən məsuliyyəti daha da artırmış olur.
Həsən Ruhani 11-ci hökumətin fəaliyyətə başladığı dövrdən başlanan və təqribən 20 aydır ki, davam edən nüvə müzakirələrinə də işarə edib və deyib: Bu istiqamətdə irəliyə doğru böyük addımlar atılıb. Amma, regionun şəraiti, habelə, regionda və dünyada din adına baş qaldırmış ifratçılıq və kobudluq İslamın adına zərbə vurur.